
“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina yığmasının 2026-cı il dünya çempionatındakı perspektivləri barədə fikirlərini bölüşüb.
ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala argentinalılar turnirin son qalibi kimi yollanacaqlar. Komanda 2022-ci ildə Qətərdə dünya çempionu olmuşdu.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu komandasının şanslarını belə dəyərləndirib:
“2022-ci ildəki uğurun təkrarlanması mümkündürmü? Bəli, düşünürəm ki, komanda yenidən dünya çempionu olmaq üçün əlindən gələni edəcək, sonadək mübarizə aparacaq. Amma bəzən çox xırda detallara görə hər şey dəyişə bilir. Hər bir rəqib çətinlik yarada bilər”.
Səkkizqat “qızıl top” sahibi Messinin DÇ-2026-da oynayıb-oynamayacağı hələ dəqiq bilinmir. Onun turnir zamanı 39 yaşı olacaq.
