Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçiriləcək.
I Liqada lider “Şəfa” “Qəbələ”nin qonağı olub. Matç bölgə klubunun qələbəsiylə başa çatıb.
“Araz-Naxçıvan” “Kəpəz”i, “Sumqayıt” isə “Difai”nin müqavimətini qırmağa çalışacaq.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
4 dekabr
15:00 Qəbələ – Şəfa 2:1
Qollar: İbrahim Sanqare, 2, 54 – Emin Zamanov, 6
Qəbələ şəhər stadionu
19:00 Difai – Sumqayıt 1:3
Qollar: Kamil Qardaşlı, 68 – Ronaldo Vazkes, 9, 75 (pen.), Ramalinqom, 90+3
M.H. Sumqayıt şəhər stadionu
19:00 Araz-Naxçıvan – Kəpəz 0:0
“Liv Bona Dea Arena”
