Juninyo Braziliya çempionu oldu

“Qarabağ”ın sabiq futbolçusu Juninyo Braziliyada növbəti titulunu qazanıb.

Futbolpress.az xəbər verir ki, hücumçunun formasını geyindiyi “Flamenqo” A Seriyasında çempion olub.

XXXVII turda “Seara”nı minimal hesabla məğlub edən komanda sona bir tur qalmış qızıl medalları təmin edib. “Flamenqo” ikinci sıradakı “Palmeyras”ı 5 xal qabaqlayır.

Juninyonun komandası tarixində 9-cu dəfə Braziliya çempionu olub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir