
2025-ci ilin sonunda keçiriləcək “Globe Soccer Awards” mərasimində “İlin futbolçusu” nominasiyası üzrə yekun namizədlər açıqlanıb. Bu dəfə prestijli fərdi mükafata bir sıra futbolçular iddia edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafat uğrunda aşağıdakı futbolçular mübarizə aparacaq:
Osman Dembele, Desir Due, Erlinq Haland, Əşrəf Hakimi, Vinisius Junior, Xviça Kvaratsxeliya, Robert Levandovski, Kilian Mbappe, Nunu Mendeş, Koul Palmer, Pedri, Rafinya, Məhəmməd Salah, Vitinya və Lamin Yamal.
Ötən il “Globe Soccer Awards” mükafatını “Real”ın braziliyalı hücumçusu Vinisius Junior qazanmışdı. Bu il isə rəqabət daha da güclüdür və qalibin kim olacağı böyük maraqla gözlənilir.
