
2025-ci ilin sonunda keçiriləcək “Globe Soccer Awards” mərasimində “İlin yarımmüdafiəçisi” nominasiyası üzrə yekun namizədlər açıqlanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İlin yarımmüdafiəçisi” nominasiyasına namizədlər bunlardır:
Çud Bellingem (“Real”, İspaniya)
Desir Due (PSJ, Fransa)
Fermin Lopes (“Barselona”, İspaniya)
Joao Neveş (PSJ, Fransa)
Koul Palmer (“Çelsi”, İngiltərə)
Pedri (“Barselona”, İspaniya)
Federiko Valverde (“Real”, İspaniya)
Vitinya (PSJ, Fransa)
Ötən il bu mükafatı “Real”ın ingiltərəli yarımmüdafiəçisi Çud Bellingem qazanmışdı.
