“İlin məşqçisi” adına 6 namizəd

2025-ci ilin sonunda keçiriləcək “Globe Soccer Awards” mərasimində “İlin məşqçisi” nominasiyası üzrə yekun namizədlər açıqlanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu il mükafat uğrunda altı məşqçi yarışacaq:

Xabi Alonso (“Real”)

Mikel Arteta (“Arsenal”)

Luis Enrike (PSJ)

Hans-Diter Flik (“Barselona”)

Enzo Mareska (“Çelsi”)

Arne Slot (“Liverpul”)

“Globe Soccer Awards” hər il keçirilən prestijli mərasimdir və futbol dünyasında ən böyük uğurlara imza atmış şəxsləri mükafatlandırır.

Ötən il bu mükafatı “Real”ı çalışdıran Karlo Ançelotti qazanmışdı. O, hazırda Braziliya millisinin baş məşqçisidir.

The post “İlin məşqçisi” adına 6 namizəd appeared first on Komanda.az.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir