“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç iş axtarır.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Moskva “Dinamo”suna rəhbərlik etmək arzusundadır. O, bu barədə “Sport24.ru” saytına müsahibəsində deyib:
“Dinamo”nu çalışdıra bilərəm. Baş məşqçi axtarırlar və ümid edirəm, mənim namizədliyimi nəzərdən keçirərlər. Daha əvvəl bu klubda işləmişəm, indi niyə olmasın?”
Bojovis 2010/11 mövsümündə Moskva “Dinamo”sunu çalışdırıb. Son klubu “İstiqlal” olan mütəxəssis 2023/24 mövsümündə “Neftçi”yə rəhbərlik edib.
