
“Vankuver”in hücumçusu Tomas Müller MLS-in pley-off finalında “İnter Mayami” ilə qarşıdan gələn oyun barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xüsusilə, Mayami klubunun hücumçusu Lionel Messiylə qarşılaşması haqda fikirlərini bölüşüb:
“Qarşımızda mövsümün həlledici oyunu var. Komandamız dünyanın ən yaxşı oyunçusu ilə qarşılaşacaq. Messi hələ də ən yüksək səviyyədə oynayır. Bu, Müller və Messi qarşılaşması kimi deyil. Bu, “Vankuver” və “İnter Mayami” finalıdır”.
MLS-in pley-off finalı 6 dekabrda keçiriləcək. Çempionluq titulu Mayami stadionunda keçiriləcək tək bir oyunda müəyyənləşəcək.
