“Qarabağ”ın rəqibi üzr istədi

“Ayaks”ın mətbuat xidməti Erediviziyanın 14-cü turunun “Qroningen”lə matçının tribunada yaranan iğtişaşlar səbəbindən dayandırılmasından sonra açıqlama yayıb. Niderland Kral Futbol Assosiasiyası daha əvvəl araşdırmaya başlamışdı və matç dekabrın 2-də davam etdiriləcək.

Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan Amsterdam klubunun açıqlamasında bunlar qeyd olunub:

“Ayaks” stadionda baş verən insidenti tamamilə qəddar hesab edir. Hansısa şəkildə zərər görən hər kəsdən üzr istəyirik. Azarkeşlərin və oyunçuların təhlükəsizliyi pozulub. Bu, qəbuledilməzdir. Biz özümüzü bu yanlış davranışdan qəti şəkildə uzaqlaşdırırıq.

Biz, əlbəttə ki, görüntülərini nəzərdən keçirəcəyik və cinayətkarları müəyyən etmək üçün digər üsulları da gözdən keçirəcəyik. Bu, cinayətkarları müəyyən etməyə kömək edərsə, biz müvafiq tədbirlər görəcəyik”.

“Ayaks” Çempionlar Liqasının 6-cı turunda, dekabrın 10-da Bakıda “Qarabağ”ın qonağı olacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir