19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda Şimali Makedoniya ilə qarşılaşan yığma 1:3 hesabı ilə uduzub. Millinin yeganə qolunu Mədinə Yuruqova (35) vurub.
Qeyd edək ki, U-19 ilk matçında sloveniyalı həmyaşıdlarına 0:2 hesabı ilə uduzub.
