Neymardan riskli qərar

Vətənində – “Santos”da çıxış edən braziliyalı hücumçu Neymar dizindən zədə almasına baxmayaraq, oynamağa hazırdır.

Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

33 yaşlı forvard zədə səbəbindən sonuncu – 35-ci turun “İnternasional”la oyununda iştirak etməyib. Neymar həkimlərin məsləhətinə baxmayaraq, komanda ilə məşq edir. O, komandanın yüksək divizionda qalmasına kömək etmək istəyir. “Santos” hazırda çempionatın turnir cədvəlində 17-ci yerdədir.

Neymar bu mövsüm 25 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir