“Neftçi” Azərbaycan Premyer Liqasının 13-cü turunda qarşılaşacağı “Turan Tovuz” klubu ilə matçın hazırlığını başa vurub.
Futbolpress.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar. “Ağ-qaralar” hazırlıq prosesindən sonra Tovuza yola düşüb.
Sabah keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyununa 18:30-da start veriləcək.
