
İtaliyalı mütəxəssis Simone İnzaqi yeni klubu “Əl-Hilal”da yüksək səviyyəsini yenidən təsdiqləyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələ də Səudiyyə Ərəbistanı çempionatında məğlub olmayıb. Onun komandası çempionatın ilk doqquz turunda yeddi qələbə qazanıb.
Bununla belə, “Əl-Hilal” turnir cədvəlinə başçılıq etmir. Kriştiano Ronaldonun komandası “Əl-Nəsr” bütün 9 matçı qazanaraq turnir cədvəlinin 1-ci pilləsindədir. İnzaqinin komandası isə sentyabrda iki heç-heçə ilə xal itirib.
Turnirin liderləri arasında qarşılaşma yanvarın ortalarında baş tutacaq. İnzaqi bundan əvvəl Milan “İnter”ini çalışdırıb.
