“Şəmkir” ona əmanət

II Liqada mübarizə aparan “Şəmkir”in baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Rasim Əliyevə tapşırılıb.

Son olaraq “Turan Tovuz”da Akademiya koordinatoru vəzifəsində çalışan A kateqoriyalı mütəxəssis vaxtilə Premyer Liqada çalışmış ən gənc baş məşqçi kimi tarixə düşüb. Klubla 6 ay + 1 illik müqavilə bağlayan məşqçi daha əvvəllər “Turan”, “Rote Fahne”, “Neftçala” kimi komandaların baş məşqçisi olub.

O, “Feyenoord”, “Utrext”, PSV (hamısı Hollandiya), “Fənərbağça”, “Gənclərbirliyi” (hər ikisi Türkiyə), “Dinamo” (Tbilisi), Gürcüstan klublarının düşərgəsində təcrübə keçib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir