DÇ-2026: 2 milyon bilet satılıb

FİFA-nın mətbuat xidməti 2026-cı il dünya çempionatının oyunlarına 2 milyon biletin artıq satıldığını açıqlayıb.

Komanda.az xəbər verir ki, məlumat qurumun X sosial şəbəkə hesabında paylaşılıb.

DÇ-2026 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirin tarixində ilk dəfə olaraq mundialda 48 milli komanda mübarizə aparacaq.

Daha əvvəl dünya çempionatının oyunlarına biletlərin qiymətlərinin 60 dollardan başlayıb 6730 dollaradək yüksəldiyi bildirilmişdi.

Hazırkı dünya çempionu Argentina yığmasıdır. Cənubi amerikalılar 2022-ci ilin mundialının finalında Fransa yığması üzərində qələbə qazanmışdı. Matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatmış, penaltilər seriyasında isə Argentina millisi daha dəqiq olmuşdu.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir