Bölgə klubları cərimələndi

AFFA intizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

23.11.2025-ci il tarixində II Liqada X turun “Quba” – “Ağstafa Gəncləri” oyununun 21-ci dəqiqəsində “Quba” komandasının 5 nömrəli futbolçusu Ramin Məhərrəmov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Quba” komandası 100 manat cərimə edilsin (maddə 46);

23.11.2025-ci il tarixində II Liqada X turun “Quba” – “Ağstafa Gəncləri” oyununun 61-ci dəqiqəsində “Quba” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Quba” komandası 300 manat cərimə edilsin (maddə 86.3);

23.11.2025-ci il tarixində II Liqada X turun “Quba” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

24.11.2025-ci il tarixində II Liqada X turun “Göygöl” – “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili gec gəldiyinə görə matç gec başladığı üçün “Göygöl” komandası 200 manat cərimə edilsin (maddə 57.2);

25.11.2025-ci il tarixində II Liqada X turun “Kür-Araz” – “Xankəndi” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 150 manat cərimə edilsin (maddə 84.1).

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir