“Mümkün istefa məni narahat etmir” – “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında PSV-yə 1:4 hesablı məğlubiyyətdən sonra onunla bağlı dolaşan istefa iddialarına münasibət bildirib.

“Qırmızılar” ardıcıl üçüncü dəfə böyük hesabla uduzduğundan, niderlandlı mütəxəssisin üzərindəki təzyiq daha da artıb.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, buna baxmayaraq, Slot sakitliyini qoruduğunu deyib:

“Xeyr, mümkün istefa məni narahat etmir. Mən başqa məsələlərə fokuslanmışam və işimi itirməyi düşünmürəm”.

“Liverpul” hazırda Çempionlar Liqasında turnir cədvəlinin 13-cü, İngiltərə Premyer Liqasında isə 12-ci pilləsində qərarlaşıb. Komanda qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”ın rəqiblərindən biridir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir