UEFA Çempionlar Liqasında V turun oyunlarından sonra futbolçuların statistik göstəriciləri yenilənib.
Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Sami Mmae dəqiq ötürmələrdə 4-cüdür. “Napoli” ilə matçın ikinci hissəsində oyuna daxil olan futbolçu 19 ötürmə edib ki, hər biri də dəqiq olub.
Birinci sırada “Mançester Siti”nin yarımmüdafiəçi Mateo Kovaçiçdir. O, bir matçda 36 dəqiq ötürməylə oynayıb.
