
“Liverpul” rəhbərliyi UEFA Çempionlar Liqasında PSV-yə 1:4 hesabı ilə məğlubiyyətdən sonra baş məşqçi Arne Slotun istefasını ciddi şəkildə müzakirə edir.
“Qırmızılar” ardıcıl üçüncü dəfə böyük hesabla uduzub və bu da klub daxilində narahatlığı artırıb.
Komanda.az “indykaila News”-ya istinadən xəbər verir ki, bu gün klub rəhbərlərinin iştirakı ilə təcili iclas keçiriləcək.
Görüşdə komandanın mövcud problemləri və mümkün qərarlar masaya qoyulacaq. İddialara görə, “Liverpul” artıq “kəskin tədbirlər”ə hazırdır, həmçinin, niderlandlı mütəxəssisin dərhal postundan uzaqlaşdırılması da gündəmdədir. Halbuki, yaxın vaxtlara qədər Slota vəziyyəti ilin sonuna kimi düzəltmək üçün vaxt veriləcəyi düşünülürdü.
Klub rəhbərliyi hesab edir ki, baş məşqçi artıq komandanın liderlərinin dəstəyini itirib.
“Liverpul” bazar günü Premyer Liqa çərçivəsində “Vest Hem”lə qarşılaşacaq. Komanda “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.
