7 ildən sonra ilk dəfə evdə uduzdular

“Mançester Siti” UEFA Çempionlar Liqasının 5-ci turunda Leverkuzen “Bayer”inə 0:2 hesabı ilə məğlub olaraq, 2018-ci ildən sonra evdə ilk dəfə uduzub.

Komanda.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

Bu, “şəhərlilər” üçün son dörd Çempionlar Liqasında ev oyununda ikinci məğlubiyyət olub. Əvvəlki 37 matçda isə eyni göstərici yalnız bir dəfə baş vermişdi.

Dünən baş tutan matçın 23-cü dəqiqədə “Bayer”in yarımmüdafiəçisi Alexandro Qrimaldo hesabı açıb. 55-ci dəqiqədə qonaqların hücumçusu Patrik Şik ikinci qolu vuraraq üstünlüyü möhkəmləndirib.

Bu mövsüm Çempionlar Liqasının finalı gələn il mayın 30-da, Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir