
“Çelsi”nin azarkeşləri UEFA Çempionlar Liqasının 5-ci turunda keçirilən matçda “Barselona”nın vingeri Lamin Yamala qarşı alçaldıcı şüarlar səsləndiriblər.
Londonda keçirilən qarşılaşmada “Çelsi” kataloniyalıları 3:0 hesabı ilə məğlub edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matç zamanı 18 yaşlı futbolçu qapıya uğursuz zərbə endirdikdən sonra meydan sahiblərinin azarkeşləri onu hədəfə alaraq belə oxumağa başlayıblar:
“Sən sadəcə zəif Estevaosan (“Çelsi”nin futbolçusu)!”
Yamal “Çelsi” ilə oyundan əvvəl sosial şəbəkədə özünün ən yaxşı epizodlarından ibarət video paylaşmışdı. Videoda “Mən yenidən özüm olmağa başladığımı hiss edirəm” sözləri səslənib.
