ÇL: “İnanılmaz dərəcədə xoşbəxtəm”

“Bayer”in baş məşqçisi Kasper Yulmann Çempionlar Liqasının 5-ci turunda səfərdə “Mançester Siti” üzərində 2:0 hesablı qələbə haqda təəssüratlarını bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandasının performansından razı qaldığını bildirib:

“Mən inanılmaz dərəcədə xoşbəxtəm. Uşaqlarla fəxr edirəm. Komanda oyun planını mükəmməl şəkildə yerinə yetirdi. Oyunboyu soyuqqanlılığımızı qoruduq. Qeyd etmək lazımdır ki, dünən axşam şans bizim tərəfimizdə idi. Qapıçımız da çox yaxşı oynadı”.

Leverkuzen klubu bu qələbədən sonra 8 xalla Çempionlar Liqasının turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir