“Kukurella Yamalı tamamilə “cib”ində saxladı”

“Çelsi”nin qapıçısı Robert Sançes UEFA Çempionlar Liqasının 5-ci turunda “Barselona” ilə keçirilən oyundan sonra açıqlama verib. Londonda – “Stemford Bric”də baş tutan qarşılaşma “Çelsi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı qolkiper favoritin “Barselona” deyil, “Çelsi” olduğunu bildirib:

“Qarşılaşmada Mark Kukurella Lamin Yamalı tamamilə “cib”ində saxladı. Onların hamısı yaxşıdır, ta ki, Premyer Liqa komandasına qarşı oynamayana qədər. “Barselona” Çempionlar Liqasının favoriti sayılır? Xeyr, favorit bizik”.

“Çelsi” Çempionlar Liqasının 4-cü turunda, noyabrın 5-də Bakıda “Qarabağ”ın qonağı olub – 2:2.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir