
“Barselona”nın cinah oyunçusu Markus Reşford komandasının Çempionlar Liqasının 5-ci turunda “Çelsi”yə 0:3 hesablı məğlubiyyəti haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Xüsusilə də, Ronald Arauxo qovulduqdan sonra çox çətin idi. Çətin anlarda birliyimizi qorumağa və topu daha çox idarə etməyə çalışdıq, amma dünən gecə bir çox şey alınmadı. Düşünürəm ki, daha çox topa sahib olsaydıq və “Çelsi”nin say üstünlüyümüzdən istifadə etməsinin qarşısını alsaydıq, 10 nəfərlə belə, uğur qazanmaq şansımız olardı. Qırmızı vərəqə aldığımız üçün fasilədə düzəlişlər etməyə çalışdıq, amma yenə də öhdəsindən gələ bilmədik”.
”Mançester Yunayted”dən icarəyə götürülmüş ingiltərəli futbolçu oyunun ilk hissəsinin sonunda meydana əvəzedici kimi daxil olub.
