
“Barselona” UEFA Çempionlar Liqasının 5-ci turunda səfərdə “Çelsi”yə 0:3 hesabı ilə məğlub olub.
Kataloniyalılar matçın 44-cü dəqiqəsində azlıqda qalıb. Komandanın müdafiəçisi Ronald Arauxo ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. Həmin anda tablodakı hesab 1:0 “Çelsi”nin xeyrinə idi.
İkinci hissədə meydan sahibləri say üstünlüyündən maksimum yararlanaraq fərqi daha da artırıb və inamlı qələbə qazanıblar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik oyundan sonra Arauxonun qovulmasına münasibət bildirib:
“Onun ilk sarı vərəqəni nəyə görə aldığını bilmirəm. İkinci epizodda isə həmin o sürüşmə müdaxiləsindən qaça bilərdi. Düşünürəm ki, ona nə etməli olduğunu göstərmək mənim işimdir. Futbolda belə şeylər olur”.
La Liqa klubu Çempionlar Liqasının növbəti turda “Qarabağ”ın da rəqibi olan Frankfurt “Ayntraxt”ını qəbul edəcək.
