Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

Çempionlar Liqasının V turunda keçirilən “Napoli” – “Qarabağ” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Antonio Konte fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Komandamın performansından məmnunam. “Qarabağ”a qarşı oynamaq çətin idi. Bu mövsüm yaxşı nəticələr əldə ediblər. Çətin oyun oldu, amma xoşbəxtəm.

Qapıçıları möhtəşəm seyvlər edirdi. Sanki qol vura bilməyəcəkdik. Amma komandamın bütün diqqəti yalnız qələbədə idi. Futbolçularla qürur duymalıyıq”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir