“Qarabağ”ın U19 komandası UEFA Gənclər Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv “Napoli” ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 2:0.
Görüş 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılıb. Yağışın səngiməsindən sonra isə matç qaldığı yerdən davam edib.
