AFFA U-12 Qızlar Liqasında çıxış edən “Azəri” (Gəncə) komandası turnirdən kənarlaşdırılıb.
Futbolpress.az xəbər verir ki, AFFA İntizam Komitəsi adıçəkilən komanda ilə bağlı sərt cəza tətbiq edib.
Belə ki, “Azəri” “Goranboy OİK-lə matça gəlməyib. Gəncəlilər cari mövsüm üçüncü dəfə eyni hala yol verdiyindən, yarışlardan kənarlaşdırılıb.
