
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldo uzun illərdir münasibətdə olduğu Corcina Rodriqeslə nikaha girməyə hazırlaşır.
Komanda.az “Jornal da Madeira”-ya istinadən xəbər verir ki, cütlüyün toy mərasimi gələn ilin yayında, Ronaldonun doğulduğu Madeyrada baş tutacaq.
Toyun 2026-cı ildə Amerika, Meksika və Kanadada keçiriləcək dünya çempionatından sonra təşkil olunacağı bildirilir. Mundial 11 iyun-19 iyul tarixlərində olacaq.
Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 9 matçda 10 qol vurub və 1 məhsuldar ötürmə verib.
