Yankoviç: “Oyunumuzu göstərəcəyik”

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Çempionlar Liqasında sabah “Napoli”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi matçdan öncə baş tutan mətbuat konfransında bunları deyib:

– “Napoli” yaxşı komandadır. Düşünürəm ki, maraqlı oyun olacaq. Öz oyumuzu göstərəcəyik. Məqsədimiz bacardığımızın maksimumunu oyuna verməkdir. Böyük komandalarla oyunlarda hər nəticə ola bilər. Görək, sabah necə olacaq.

– Konte bildirib ki, Çempionlar Liqasında yüksək nəticələr əldə etmisiniz. Sabah istədiyiniz nəticəni əldə edə biləcəksiniz?

– Bunun üçün çalışacağıq. Əlbəttə, çətin olacaq. “Napoli” azarkeşləri önündə oynayır. Bizim də motivasiyamız var. 7 xalımız var və böyük komandalara qarşı oynaya bildiyimizi göstərmişik. Ümid edirəm ki, sabah da yüksək nəticə əldə edə bilərik

– Bir neçə il öncə “Napoli”yə qarşı oynamısan. Səncə, komanda o dönəmdən bu vaxta nə qədər dəyişib?

– Onlar İtaliya çempionudurlar, möhtəşəm oyunçuları var. Həmişə güclü kollektiv olublar. Bu gün müəyyən fərqlər var. Bir qədər öncə dediyim kimi, ambisiyamız var. Yaxşı oyun göstərmək istəyirik.

Şahin Cəfərov 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir