Neymar həlledici matçı buraxacaq

“Santos”un hücumçusu Neymar Braziliya A Seriyasının 35-ci turunda “İnternasional”a qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Globo Esporte” məlumat yayıb.

33 yaşlı futbolçu əvvəlki matçda – “Mirasol”a qarşı oyunda sol dizində narahatlıq hiss edib. Komandanın məşqçilər heyəti riskə getməmək üçün Neymarın bu turda istirahət etməsinə qərar verib. Məqsəd onun növbəti matça – “Sport Resifi”yə qarşı oyuna tam hazır olmasıdır.

“İnternasional”la qarşılaşma “Santos” üçün böyük əhəmiyyət daşıyır. Komanda hazırda 37 xalla turnir cədvəlinin 17-ci pilləsində və düşmə zonasındadır. Rəqib “İnternasional” isə 40 xalla 15-ci sırada qərarlaşıb.

Neymar cari mövsümdə A Seriyasında 17 oyunda iştirak edib, 4 qol vurub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir