AFFA rəsmisi “Sportinq”in oyununda

AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə beynəlxalq təyinat alıb.

Futbolpress.az xəbər verir ki, həmyerlimiz UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün Afinada keçiriləcək AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) matçının UEFA nümayəndəsi olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu F. Hüseynzadənin ilk təyinatıdır.

Qeyd edək ki, bu cütün qalibi ¼ finalda “Araz-Naxçıvan” – “Benfika” görüşünün qalibi ilə üz-üzə gələcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir