Messidən yeni rekord

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də ardıcıl şəkildə rekordları alt-üst etməyə davam edir.

Argentinalı futbolçu bazar ertəsi “Sinsinnati” üzərində qazanılan 4:0 hesablı qələbədə meydanın əsas qəhrəmanı olub. O, həmin matçda 1 qol vurub və 3 məhsuldar ötürmə verib və bununla da komandasını pley-offun yarımfinalına daşıyıb.

Komanda.az “Inter Miami News Hub”-a istinadən xəbər verir ki, Messi artıq MLS pley-off mərhələsində ən çox məhsuldar fəaliyyət göstərən futbolçu ünvanını ələ keçirib – 12 (6 qol + 6 məhsuldar ötürmə). Diqqətçəkən məqam isə 38 yaşlı futbolçunun bu rekordu qırması üçün cəmi dörd oyun keçirməsidir.

Messiyə qədər rekord Ante Razov (2000) və Karlos Ruisa (2002) məxsus idi – hər iki futbolçu pley-offda 10 məhsuldar xal toplamışdı.

Messinin performansı MLS tarixində tamamilə yeni səhifə açmağa davam edir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir