Vüsalın 80 dəqiqəsi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” Albaniya çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda XII turda “Vlajniya”nı qəbul edib. Matç bərabərliklə başa çatıb – 1:1.

Vüsal oyuna start heyətdə çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Partizani” 12 turdan sonra 13 xalla 7-ci sıradadır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir