Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Tvente” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.
Ozan 73-cü dəqiqədə meydana daxil olub və komandasının yeganə qolunun ötürməsini edib.
“Volendam” 13 turdan sonra 14 xalla 13-cü sıradadır.
