“Bu püşkatma bizə dünya çempionatı vəsiqəsini təmin etməlidir”

Danimarka millisinin baş məşqçisi Brayan Rimer DÇ-2026-nın pley-offunda, gələn ilin martın 26-da Şimali Makedoniya yığması ilə qarşılaşacaqları matç barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı mütəxəssis Şimali Makedoniya yığmasını bir az araşdırdığını bildirib:

“İsveçlilərdən qaçmaq istəyirdik. Bu, xüsusi bir matç olardı. Şimali Makedoniyanı bir az araşdırdım. Onlar ürəklə oynayan Balkan komandasıdır. Tezliklə daha ətraflı təhlil aparacağıq. Bu püşkatma bizə dünya çempionatı vəsiqəsini təmin etməlidir. Biz yaxşı vəziyyətdə olduğumuzu və vəzifənin öhdəsindən gələcəyimizi hiss edirik”.

Bu matçı qazanan komanda martın 31-də İrlandiya – Çexiya cütünün qalibinə qarşı oynayacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir