II Liqa klubları cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

16.11.2025-ci il tarixində II Liqada IX turun “Quba” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

16.11.2025-ci il tarixində II Liqada IX turun “Şəmkir” – “Ağdaş” oyununda “Ağdaş” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

17.11.2025-ci il tarixində II Liqada IX turun “Sheki City” – “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

17.11.2025-ci il tarixində II Liqada IX turun “Qaradağ Lökbatan” – “Kür-Araz” oyununun 43-cü dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 90 nömrəli futbolçusu Əli Kərimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilsin (maddə 46);

17.11.2025-ci il tarixində II Liqada IX turun “Qaradağ Lökbatan” – “Kür-Araz” oyununun 87-ci dəqiqəsində “Kür-Araz” komandasının 17 nömrəli futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

17.11.2025-ci il tarixində II Liqada IX turun “Qaradağ Lökbatan” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının 22 nömrəli futbolçusu Asim Quliyev hakimi təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (maddə 52.4).

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir