DÇ-2026: Türkiyə millisinin pley-offdakı rəqibi məlum oldu

DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, raundun yarımfinal mərhələsində üz-üzə gələcək millilər məlum olub.

Avropa zonası üzrə pley-off oyunları 2026-cı il martın 26-31-i aralığında keçiriləcək.

A yolu

İtaliya – Şimali İrlandiya

Uels – Bosniya və Herseqovina

B yolu

Ukrayna – İsveç

Polşa – Albaniya

C yolu

Türkiyə – Rumıniya

Slovakiya – Kosovo

D yolu

Danimarka – Şimali Makedoniya

Çexiya – İrlandiya

Qitələrarası püşkün nəticəsinə əsasən, Yeni Kaledoniya – Yamayka cütünün qalibi mundiala vəsiqə uğrunda Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək. Boliviya – Surinam duelinin güclüsü isə İraqla münasibətlərə aydınlıq gətirəcək.

Meydan sahibləri – ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.

2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir