Messi əsrin futbolçusu seçilib

“İnter Mayami”nin hücumçusu Lionel Messi ispaniyalı jurnalistlər tərəfindən xüsusi mükafata layiq görülüb.

Komanda.az xəbər verir ki, “sport.es” nəşri argentinalı oyunçunu 21-ci əsrdə “Barselona”nın ən yaxşı futbolçusu seçib.

Mükafatın təqdimatı üçün nəşrin nümayəndəsi Mayamiyə səfər edib və onu şəxsən Messiyə təqdim edib.

“Barselona” akademiyasının yetirməsi olan Messi Kataloniya klubunun əsas komandasında 2005–2021-ci illərdə çıxış edib. Daha sonra iki mövsüm PSJ-də forma geyinib və 2023-cü ilin yayından etibarən “İnter Mayami”də çıxış edir.

38 yaşlı futbolçu ilə Florida təmsilçisi arasındakı müqavilənin müddəti 2028-ci ilin sonuna kimidir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir