DÇ-2026: Bu gün Türkiyə millisinin pley-off mərhələsindəki rəqibi bilinəcək

Bu gün gələn yay ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, tədbirə saat 16:00-da start veriləcək.

Püşkatmada Türkiyə milli komandası birinci səbətdə yer alacaq.

4 vəsiqə uğrunda 16 yığma komanda arasında oyunlar keçiriləcək.

Seçmə mərhələdə qrup ikinciləri olmuş 12 komanda və UEFA Millətlər Liqasının dörd qrup qalibi dörd qrupa bölünərək iki tək oyunlu raund oynayacaq: yarımfinal və final.

Hər qrupun qalibi DÇ-2026-da iştirak imkanı əldə edəcək.

DÇ-2026, pley-off mərhələsi

Birinci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;
İkinci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;
Üçüncü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;
Dördüncü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.

Birinci səbətdəki komandalar dördüncü, ikinci səbətdəki komandalar isə üçüncü səbətdəkilərə rəqib olacaqlar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir