
“Botafoqo”nun baş məşqçisi Davide Ançelotti Braziliya millisinə rəhbərlik edən atası Karlo Ançelottinin səhvən həddindən artıq yumşaq məşqçi hesab edildiyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“İnsanlar atam haqqında yanılırlar. Atamın zahiri sakitliyi çox vaxt səhvən tələbkarlıq çatışmazlığı ilə eyniləşdirilir. Qalib gələndə təriflənirsən, amma uduzanda bu, dərhal zəiflik kimi qəbul edilir”.
Daha əvvəl Davide Ançelotti uzun illər atasının köməkçisi vəzifəsində çalışıb.
