Reytinq: milli gerilədi

FIFA milli komandaların reytinq cədvəlini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan yığması 1132.97 xalla 127-ci sırada qərarlaşıb. Milli ötən siyahı ilə müqayisədə 4 pillə geriləyib.

Azərbaycan millisi bu ay DÇ-2026nın seçmə mərhələsində İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabıyla uduzub.

Reytinqə 1877.18 xalla İspaniya başçılıq edir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir