İlin məşqçisi adına namizədlər açıqlandı

Bu ilin sonunda Dubayda (BƏƏ) “Globe Soccer Awards” mükafatlandırma mərasimi keçiriləcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasim çərçivəsində 2025-ci ilin ən yaxşı futbol məşqçisi seçiləcək.

Namizədlər arasında Xabi Alonso (Real), Mikel Arteta (Arsenal), Antonio Konte (Napoli), Luis Enrike (PSJ), Hans-Diter Flik (Barselona), Eddi Hou (Nyukasl), Vensan Kompani (Bayern), Enzo Mareska (Çelsi), Roberto Martines (Portuqaliya millisi) və Arne Slot (Liverpul) yer alıb.

Ötən il bu nominasiyada qalib “Real”ın sabiq baş məşqçisi Karlo Ançelotti olmuşdu. Mərasim dekabrın 28-də baş tutacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir