“Hiss edirəm ki, daha bir neçə il futbol oynaya bilərəm”

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema komandasını tərk etmək niyyətində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanında gördüyü hörmətdən zövq aldığını deyib:

“Hazırda burada xoşbəxtəm. Digər oyunçulardan, azarkeşlərdən, məşqçilərdən və ətrafımdakı hər kəsdən çox diqqət və hörmət görürəm. Bəli, müqaviləm bitir və dekabrda 38 yaşım olacaq. Amma hiss edirəm ki, daha bir neçə il futbol oynaya bilərəm”.

Benzema daha əvvəl “Lion” və “Real”da oynayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir