“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.
Futbolpress.az xəbər verir ki, “sarı-göylər” Yusif İmanovu heyətinə qatıb. 23 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, İmanov son olaraq “Sabah” klubunun formasını geyinib.
