Azərbaycan güləşçisi Rusiyada “qızıl” qazandı

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) Rusiyanın Yakutsk şəhərində keçirilən turnirdə qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, Cəbrayıl Hacıyev (79) bu yarışda üçüncü yeri tutub.

Tarko-Sale şəhərində isə yunan-Roma güləşi üzrə turnir baş tutub. Burada Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq) və Məhəmməd Əhmədiyev (97 kq) bürünc medala sahib çıxıblar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir