“Millimiz təslim oldu”

Slovakiya millisinin və “Fənərbaxça”nın müdafiəçisi Milan Şkrinyar DÇ–2026-nın seçmə mərhələsində Almaniyaya 0:6 hesabı ilə məğlub olduqları oyun haqqında danışıb.

Komanda.az xəbər verir ki, slovakiyalı futbolçu UEFA-nın mətbuat xidmətinə açıqlamasında matçı belə dəyərləndirib:

“Çox ağır və uğursuz bir axşam idi. Millimiz təslim oldu. Rəqib dərhal zəifliyimizi hiss edib fürsətlərdən maksimum yararlandı. Almaniya bizi tam şəkildə üstələdi. Onlar bizdən xeyli güclü idilər”.

Almaniya millisi qrupun turnir cədvəlində birinci yeri tutaraq dünya çempionatına birbaşa vəsiqə qazanıb. Slovakiya yığması isə 2-ci pillədən pley-off mərhələsinə yüksəlib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir