Azırbaycan yığması Cəbəllütariqə qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, millimiz səfərdə Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Europa Point Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Rumıniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

18 noyabr

Cəbəllütariq (U-21) – Azərbaycan (U-21)

“Europa Point Stadium”. Saat 22:00
Baş hakim: Andrei Çivulete
Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mihaita Nekula
Dördüncü hakim: George Katalin Roman
(Hakimlər briqadası Rumıniyadandır)

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir