“Əl-Əhli” rəsmisi Toni ilə bağlı xəbərləri təkzib etdi

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun idman direktoru Rui Pedro ingiltərəli hücumçu İvan Toninin klubdan ayrılacağı barədə məlumatları şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Toninin top-oyunçu olduğunu bildirib:

“Toni top-oyunçudur, əla hücumçudur. Yanvarda onun getməsi barədə şayiələr? Bu, düzgün deyil. Biz ona güvənirik, bu mövzuya baxmağa ehtiyac yoxdur”.

29 yaşlı forvard cari mövsümdə bütün turnirlər daxil olmaqla 15 matçda iştirak edib, 11 qol vurub və 2 məhsuldar ötürmə verib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir