Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.
Futbolpress.az xəbər verir ki, prezident U-20 Dünya çempionatının final mərhələsinin Azərbaycanda və Özbəkistanda keçirilməsi haqda fikirlərini bölüşüb:
“İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir”.
Qeyd edək ki, mundial 2027-ci ildə iki ölkədə təşkil olunacaq.
